Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Mahir oğlu Ərəblinskinin yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Araşdırma aparılır.