Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları
evlərdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı
əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakı və
Sumqayıt şəhərləri, eləcə də Qəbələ rayonunda keçirilən tədbirlər
zamanı Elvin Kərimov, Rüstəm Kərimov, Akif Abzərov, Vüsal Cəfərov
və Aslan Hüseynov tutulublar. Elvin Kərimovdan 1 ədəd “TT” markalı
tapança 8 ədəd patron, 1 ədəd daraq, Rüstəm Kərimovdan isə 2 ədəd
müvafiq sənədləri olmayan “TOZ” və “İJ” markalı tüfəng, həmin
silahlara məxsus 43 ədəd patron aşkar edilib. Sumqayıt şəhərində
keçirilən tədbir zamanı salxanılan Aslan Hüseynovdan 1 ədəd “Naqan”
markalı tapança və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Həyata keçirilən əməliyyatlar zamanı saxlanılan Akif Abzərovdan
isə “Brauning” konstruksiyalı tapança, 9 ədəd patron, 1 ədəd daraq,
Vüsal Cəfərovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin
silaha məxsus daraq və 27 ədəd parton aşkar olunub.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri
barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi
başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan
tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar
edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.