DİN ƏƏSMN-in binası önündə toplaşanlarla bağlı məlumat yayıb

Bu gün noyabrın 19-da saat 11 radələrində 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşmışlar. Onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula getmiş, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılmışlar. Bu zaman heç bir insident qeydə alınmamış və saxlanılan yoxdur.


Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılmışdır.

Teqlər: