Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
AzerTimes xəbər verir ki, müraciət qurumun X hesabında yayılıb.
“Əziz vətəndaşlar, dələduzların saxta vədlərinə və yalanlarına inanmayın. Dəqiq məlumatlar üçün rəsmi mənbələrə müraciət edin və şübhəli şəxslərlə təmasdan çəkinin. Təhlükəsizliyiniz üçün hər zaman diqqətli olun”, – müraciətdə bildirilib.