Daxili İşlər Nazirliyi Bakıda maşın bazarı ərazisində baş verən kütləvi dava ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.az-a bildirib ki, qurum yayılan görüntülərdən məlumatlıdır:
“Hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Nəticəsi barədə məlumat verəcəyik”.