Dekabrın 26-da saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu 20 Yanvar dairəsində toplanmışdılar.
AzerTimes xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
O qeyd edib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub:
“Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər”.