DİN-də polis mayoruna yüksək vəzifə verildi

DİN-də polis mayoruna yüksək vəzifə verildi

Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub.

AzerTimes Report-a istinadən xəbvər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Surxay Ramiz oğlu Əliyev Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin olunub.

Yeni təyinatla bağlı məlumat DİN Mətbuat Xidmətindən təsdiqlənib.

Qeyd edək ki, Surxay Əliyev daha öncə Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Teqlər: