DİN Cəmil Quliyevin həbsi ilə bağlı açıqlama yayıb

DİN Cəmil Quliyevin həbsi ilə bağlı açıqlama yayıb.

AzerTimes-ın məlumatına görə,
açıqlamada deyilir:

“Bakı şəhər sakini olan Cəmil Quliyev narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları
tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis
Bölməsinə gətirilib.

Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə
metamfetamin aşkar edilib. C.Quliyev barəsində toplanan material
məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada
həbs edilib”.

Teqlər: