DİN bu şəxsi axtarır – Foto

DİN bu şəxsi axtarır – Foto

2022-ci ilin dekabr ayının 24-də Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Səlyəddin Vahidovun ailə üzvləri Ucar Rayon Polis Şöbəsinə müraciət edərək sonuncunun bir gün əvvəl itkin düşməsi barədə məlumat veriblər.

AzerTimes xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

S.Vahidovun əlamətləri belədir: boyu 175 sm., qısa qara saçlı (yan tərəfləri ağarmış), arıq bədən quruluşlu.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan DİN-in “102” xidmətinə və Ucar Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Teqlər: