DİN aksiya ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda bir qrup şəxsin aksiya keçirməsi
ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad
Hacıyev AzerTimes-a açıqlamasında bildirib ki, bu gün bir qrup şəxs
Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib.

“Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu
ilə başa çatan aksiyada saxlanılan olmayıb”, – E.Hacıyev
bildirib.

Teqlər: