DİN Ağcabədidəki qətl barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda qadının qətli
ilə bağlı açıqlama yayıb.

AzerTimes-ın məlumatına görə, məlumatda deyilir:

“2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə
rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı
evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil
olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən
müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri
nəticəsində qadının həmin gün saat 1 radələrində Yevlax rayon
sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı
şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil
verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanılılıb.

Ağcabədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır”.

Qeyd edək ki, Əfsanə Cəfərova 1 fevral 2022-ci il tarixində
“ARB” televiziya kanalının “Səni axtarıram” adlı verilişində
qaynanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu
bildirmişdi.

Teqlər: