DİM ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib

1 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM)
tərəfindən Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında,
Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II
hissə
), Masallı (II
hissə
), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində,
eləcə də Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat
məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər
üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə
müəssisələrində olan məktəblər, tədrisi ingilis və fransız dilində
olan məktəblərin şagirdləri üçün ümumi (9 illik) orta təhsil
səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

DİM-dən Trend
verilən məlumata görə, imtahanda 19278 şagirdin iştirakı
gözlənilirdi.

Çilov adasında yerləşən 131 nömrəli məktəbə imtahan rəhbəri və
materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri
vasitəsilə həyata keçirilib.

İmtahanda 42 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə
əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə
imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb,
gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin
doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.
Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları
nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət
məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat
şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan
binası, 1494 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
100 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 1883
nəzarətçi-müəllim, 168 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100
bina nümayəndəsi ayrılıb.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab
vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların
yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması
nəzərdə tutulur.

Teqlər: