DİM nazirlikdə bu müsahibələri ləğv etdi

DİM nazirlikdə bu müsahibələri ləğv etdi

Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyində işə qəbul üzrə müsahibələri ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Mərkəz bu ilin sentyabr ayının 6-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib.

Müraciətdə bildirilib ki, Dövlət İmtahan Mərkəzinə Elm və Təhsil Nazirliyi tərəfindən göndərilən məktubda nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddi, habelə nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı və yeni yaradılan agentliklərin strukturu və işçilərinin say həddi ilə bağlı təkliflər hazırlanır.

Elm və Təhsil Nazirliyinin qeyd edilən məktubu nəzərə alınaraq sentyabrın 6-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında həmin nazirliyin Təhsilin inkişafı və proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə 21 dekabr 2022-ci il – 6 yanvar 2023-cü il tarixlərinə təyin edilmiş müsahibələr ləğv edilib.

Qanunvericiliyin tələbinə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak isə ödənişlidir. Müsahibələrin ləğv edilməsi namizədlərin ödənişsiz iştirak etmək hüququna malik olduğu müsahibə sayı hesablanarkən nəzərə alınacaq, habelə müsahibədə iştirak etmək üçün namizədlər tərəfindən ödənilmiş məbləğ geri qaytarılacaq.

Teqlər: