DİM doktorantura səviyyəsində xarici dil üzrə imtahan verəcək iddiaçılara müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura səviyyəsində xarici
dil üzrə qəbul imtahanı verəcək iddiaçılarına müraciət edib.

DİM-dən Trend-ə verilən məlumata görə, mərkəzin
doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı
müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və
ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və
ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə
ixtisasları üzrə) bitirən namizədlərin xarici dil seçiminə qoyulan
məhdudiyyətin götürülməsi ilə bağlı Təhsil Nazirliyinə ünvanladığı
məktuba aidiyyatı üzrə baxılmış və müsbət qərar verilib.

Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli
qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və
doktoranturaya qəbul Qaydaları”nın 3.10-cu bəndini nəzərə alaraq
yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən
namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma
dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq
sertifikat təqdim edə bilərlər.

Xatırladaq ki, xarici dil imtahanına qeydiyyat növbəti həftə
ərzində elan olunacaq.

Teqlər: