Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Yevlax rayon sakini, 23 yaşlı Ruslan Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın Unikal-a istinadən məlumata görə, aprelin 18-də dilənçiliklə məşğul olan Salmanov Saliqə Məmmədovanın mənzilinə soxulub. O, xəstə uşaq böyüdən kasıb qadından zorla 150 manat pul və pensiya kartını alıb.
Məhkəmədə Salmanov oğurluq faktını inkar etməsə də, Məmmədovaya qarşı zorakılıq tətbiq etmədiyini iddia edib.
O, 8 il müddətinə azadlıqdan məhrum edilib.