Dilənçilərə pul verərkən diqqətli olun – DİN-dən müraciət

Bir neçə gün öncə Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi
geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis
tərəfindən ifşa edilib. Bu hadisə yenidən dilənçilərlə bağlı
məsələni gündəmə gətirib.

Bu barədə AzerTimes-a açıqlama verən DİN-in mətbuat xidmətinin
əməkdaşı Nurlan Əliyev bildirib ki, belə dələduzlarla əlaqədar
vətəndaşlara dəfələrlə müraciət edilib:

“Məscidlərin, ziyarətgahların ətrafında belə insanlar
vətəndaşların etibarından sui-istifadə edərək onları aldatmağa cəhd
göstərirlər. Hər zaman vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli
olsunlar.

Bütün ictimai yerlərdə bu kimi neqativ hallarla bağlı polis
əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir. Bir məqamı da
qeyd etmək istəyirəm ki, vətəndaşlar tərəfindən də bu kimi hallar
aşkarlanarsa, müşahidə olunarsa, dərhal Daxili İşlər Nazirliyinin
102 zəng mərkəzinə məlumat versinlər”, – deyə N.Əliyev
bildirib.

Teqlər: