AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektorunun əsasında Toponimika şöbəsi yaradılıb.
AzerTimes xəbər verir ki, şöbə Qərbi Azərbaycan toponimləri və işğaldan azad edilmiş ərazilərin onomastik mənzərəsinin bərpası, adlarının müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq.
Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub.
Toponimika şöbəsi toponimlərin tədqiqi, işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən toponimlərin adlarının milliləşməsi istiqamətində tədqiqatlar aparacaq.
Şöbəyə Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov rəhbərlik edəcək.