Dilarə Seyidzadə və Sadiq Qurbanov Şabranda – Foto

Dilarə Seyidzadə və Sadiq Qurbanov Şabranda – Foto

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Şabran rayon təşkilatı tədbir keçirib.

AzerTimes xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib ki, dövlət müstəqilliyi fenomenal şəxsiyyət Heydər Əliyevin bizə bəxş etdiyi milli sərvətdir. Bu sərvətin dəyəri illər keçdikcə daha dərindən dərk olunur. Müstəqilliyimizin ilk illərində Azərbaycan böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunduğunu diqqətə çatdırıb. Söyləyib ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada dayanan Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Tədbirdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ulu Öndərin torpaq, Vətən sevgisindən irəli gələn addımlarından, dövlətimiz, xalqımız qarşısında xidmətlərindən geniş bəhs edərək bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycanın dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Şəhid Seyfəddin Balağayevin anası Besxanım Balağayeva və Vətən müharibəsi iştirakçısı Murad Bayramov çıxış edərək Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərindən, Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər. Bir daha qeyd olunub ki, güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Teqlər: