Tiktok fenomeni olan və “Özümə layiqli bəy tapa bilmirəm”, deyərək özü-özü ilə evlənən Kübra Aykut intihar edib.
AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, o, ölümündən əvvəl evindən paylaşım edərək, şikayət edib, hər gün çəki itirdiyini, 44 kiloya qədər arıqladığı üçün halsız və iştahsız olduğunu bildirib, evini təmizləmək üçün dostlarından kömək istəyib.
Paylaşımdan saatlar sonra isə İstanbulun Sultanbəyli rayonunda yaşadığı lüks binanın beşinci mərtəbəsindən özünü ataraq intihar edib.
Onun intihar etməzdən əvvəl bir vida məktubu qoyub getdiyi məlum olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Həmçinin onun Dilan-Engin Polad cütlüyünün vəkili Enes Çetinkaya ilə sevgili olduğu da ortaya çıxıb. Ölümündən əvvəl izləyicilərinin “Sevgi sənə yaramadı” mesajlarına cavab verən fenomen özünü yaxşı hiss etməməsinin səbəbinin sevgilisi olmadığını deyib.
“Başınız xarab olub? Hamınız səbəbi bununla əlaqələndirə bilməzsiniz. Sizə bir sirr açım? Enes mənim həyatımda yeni deyil. Uzun müddətdir həyatımdadır, sadəcə siz bilmirdiniz. Mən 1 aydır beləyəm”, – deyə o qeyd edib.
Hadisədən xəbər tutan Kübranın yaxın rəfiqəsi Dilan Polad və əri Engin Polad meyitin aparıldığı xəstəxanaya gəliblər.