Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan
dilinin Orfoqrafiya Lüğətinə bir sıra sözlərin daxil edilməsini
təklif edib.
AzerTimes-ın məlumatına görə, Mərkəzin təhlilləri göstərir ki, “Azərbaycan dilinin Orfoqrafiya lüğəti”ndə, həmçinin izahlı
lüğətlərdə öz əksini tapmayan, lakin aktiv şəkildə işlənən xeyli
miqdarda söz və terminlər vardır. “birdəqiqəlik”, “yüksəksəviyyəli”
və bu qəbildən olan “eyniquruluşlu”, “ikidövrəli”, “dünyamiqyaslı”, “yüzdəyüz”, “yansımaq”, “randevu” kimi sözlər buraya aiddir.
“Orfoqrafiya normalarında ixtisarlarla bağlı qaydalara müəyyən
əlavələrin edilməsinə ehtiyac duyulur. Təklif edirik ki,
qısaltmalar zamanı istifadə olunan qrafik işarələrin sırasına drop
əyri xətt (/) də əlavə olunsun. Bu işarədən Azərbaycan dilində,
xüsusən də sözlərin ixtisarı zamanı geniş istifadə olunur. Məsələn:
baş çavuş – b/çavuş; baş laborant- b/laborant; baş müəllim
b/müəllim; kiçik çavuş – k/çavuş və s.”- deyə əlavə edilib.