Dikin məşhurlaşdırdığı “Təbriz nağılı”nda nə var?

Dikin məşhurlaşdırdığı “Təbriz nağılı”nda nə var?

Son günlər İsrail və İran arasında diplomatik gərginliyin yaranmasına səbəb olan “Təbrizin sehrli nağılları” adlı kitabla bağlı məlumat paylaşılıb.

AzerTimes “Xalq” səhifəsinə istinadla xəbər verir ki, kitab Mədəniyyət Nazirliyinin, “BP Azərbaycan”ın və “PAŞA Həyat sığortası”nın birgə layihəsi çərçivəsində 2014-cü ildə çap edilib.

Kitabın müəllifi, professor Cəmilə Həsənzadə faktları təqdim edərək Azərbaycan miniatür rəssamlığının klassik dövrünü XIII əsrdəki ilk addımlarından XVI əsr Səfəvi dövründəki ən yüksək inkişaf nöqtəsinədək araşdırıb.

Kitabda orta əsrlərdə Azərbaycan miniatür sənətinin təkamülünün əsas mərhələləri və onun digər miniatür məktəblərinə təsiri əks olunub.

Sosial şəbəkələrdə Roma Papası Fransiskin və İtaliya Prezidenti Mattarellanın qeyd olunan kitabla yayılmış şəkilləri isə yeni deyil, 2019-cu ildə çəkilib. “Təbrizin sehrli nağılları” kitabı sözügedən şəxslərdən başqa dünyanın bir çox tanınmış ictimai-siyasi xadimlərinə, mədəniyyət və din adamlarına hədiyyə olaraq təqdim edilib.

Qeyd edək ki, Bakı Kitab Mərkəzinin saytında (Baku Book Center) kitabın qiyməti 70 manatdır.

Teqlər: