Digərləri zəifləsə, Almaniya Ukraynanı dəstəkləyəcək

Digərləri zəifləsə, Almaniya Ukraynanı dəstəkləyəcək

Rusiyanın Ukraynaya qarşı müharibəsi yəqin ki, tezliklə bitməyəcək. Ona görə də Almaniya digər ölkələr zəifləyəcəyi təqdirdə Kiyevi dəstəkləmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O, Almaniyanın Ukraynaya dəstəyinin uzunmüddətli olmasına çağırıb:

“Bu müharibə yəqin ki, tezliklə bitməyəcək. Ona görə də bizim uzun müddət lazım olanı edə bilməyimiz, yəni Ukraynanı müdafiə kampaniyasında dəstəkləməyə davam etməyimiz vacibdir”, – Şolts bildirib.

Teqlər: