Digər respirator xəstəliklər ötən illərlə müqayisədə azalıb – Təyyar Eyvazov

Xəbər - Çingiz Səfərli – Trend:

Ölkədə digər respirator xəstəliklər ötən illə müqayisədə azalıb.

AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov nazirliyin “İnstagram” səhifəsində canlı yayımda qonaq olarkən deyib.

Onun sözlərinə görə, lakin payız-qış aylarında bu xəstəliklərin də artacağı istisna olunmur: “Havaların soyuması ilə əlaqədar digər respirator xəstəliklərin də artımı gözləniləndir. Lakin bu xəstəliklərin səviyyəsi əvvəlki illərdən çox deyil. Hətta qripə yoluxanlar ötən ildən xeyli azdır. Çünki koronavirusa qarşı istifadə olunan tədbirlər, maska taxılması, sosial məsafənin gözlənilməsi və s. insanları digər respirator xəstəliklərdən də qoruyur”.


Twitter: @cingizsafarli

Teqlər: