İspaniyanın “Atletiko” (Madrid) futbol klubu argentinalı məşqçi Dieqo Simeone ilə müqavilənin müddətini uzadıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, yeni müqavilə 203/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, D.Simeone 2011-ci ildən “Atletiko” klubunun baş məşqçisi vəzifəsində çalışır.