Şuşa. Trend:
Yaxın günlərdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq
memorandumu imzalanacaq.
Trend-in məlumatına görə, bunu Şuşada Dünya Azərbaycanlılarının
V Qurultayında çıxışı zamanı Qarabağ Dirçəliş Fondunun İdarə
heyətinin sədri Rəhman Hacıyev deyib.
O qeyd edib ki, Qarabağ Dirçəliş Fondu qarşısında rəhbərlik
tərəfindən ciddi və dayanıqlı bir instituta çevrilməsi ilə bağlı
tapşırıq qoyulub.
“Bizim hal-hazırda Şuşada bir neçə dəstəklədiyimiz layihələr
var. Zəngilanda artıq 30 min ağacın əkilməsinə start verilib. Bunun
üçün növbəti məkanımız Ağdam olacaq. Planlarımız çoxdur və
Azərbaycan daxilində çox ciddi işlər aparılır. Diasporayla da bağlı
çox təklif və planlarımız var. Yaxın günlərdə Diasporla İş üzrə
Dövlət Komitəsi ilə əməkdaşlıq memorandumu imzalanacaq”, – deyə
R.Hacıyev əlavə edib.