Getməyimi tələb edən çoxlu siyasi qüvvə var, amma biz xalqdan mandat almışıq.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Paşinyan Münhen və ətraf rayonlardakı erməni icmasının nümayəndələri ilə görüşündə “Qarabağın itirilməsindən, bu qədər uğursuzluqdan sonra istefa vermək cəsarəti sizdə varmı” sualına cavab verərkən deyib.
“Amma biz bunu sadə bir səbəbdən edə bilmərik, xalqdan səlahiyyət və mandat almışıq, getsək, bu mandatı kimə buraxacağıq?” – o bildirib.
Paşinyan əlavə edib ki, onlar mandatı iki dəfə geri qaytarıb, amma yenidən alıblar:
“İndi vəzifəmiz “itirilmiş Vətən” haqqında sonsuz baxışlara uymamaq, dövlətə sahib olmağa diqqət etməkdir. Bütün bunları niyə deyirəm və edirəm? Mən satqınam, hansısa torpağı kiməsə vermək arzusunda olan xarici agentəm? Əlbəttə, belə düşünə bilərsiniz, amma bunu ona görə edirəm ki, eyni ruhda davam etsək, Vətənimizi itirəcəyik”.