Xəbər - Humay Ağacanova – Trend:
Mədəniyyətlər və dinlərarası dialoqların inkişaf etdirilməsi milli kimlik üçün də çox önəmlidir”
AzerTimes-ın məlumatına görə bunu, “Mədəniyyət naminə sülh” qlobal
kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tolerantlıq Nazirliyinin baş direktoru Afra Məhəmməd Əl-Sabri deyib.
O bildirib ki, irsimiz bizim milli kimliyimizin əsas hissəsidir.
“Bu səbəbdən mütərrəqi dəyərlər paylaşılmalıdır. Sülh şəraitində birgə yaşanılmalıdır.
Biz tolerantlıqla bağlı təcrübələrimizi digər ölkələrlə paylaşmaq istəyirik. Çox mühüm olan bu forum hər birimizə kifayət qədər töhfə verməlidir. Mədəniyyətlər və dinlərarası dialoqların inkişaf etdirilməsi milli kimlik üçün də çox önəmlidir”, – deyə baş direktor qeyd edib.