“DHL Express” beynəlxalq yük və sənəd çatdırma şirkəti Rusiya və
Belarusa xidmət göstərilməsini dayandırıb.
Trend bu barədə
şirkətə istinadən məlumat verir.
“Bizim Rusiya və Belarusa çatdırma xidmətlərimiz dayandırılıb,
ona görə də növbəti bildirişədək bu ölkələrə bağlamaları qəbul
etmirik”, – şirkətin məlumatına deyilir.
Qeyd edək ki, “DHL Express” ildə 1,6 milyard bağlama çatdırır və
Avropa bazarında liderdir.