DGK yeni elektron xidmətini təqdim etdi – Video

DGK yeni elektron xidmətini təqdim etdi – Video

Dövlət Gömrük Komitəsi sərnişinlər üçün “Sadələşdirilmiş bəyannamə” elektron xidmətini təqdim edib.

Komitədən AzerTimes-a verilən məlumata görə, yeni elektron xidmət hava nəqliyyatı vasitəsilə səyahət zamanı gömrük sərhədlərini daha asan və sürətli keçməyə şərait yaradacaq.

Sərnişinlər xidmət vasitəsilə xaricə apardığı və yaxud xaricdən gətirdiyi malları öncədən internetə çıxışı olan istənilən məkandan e.customs.gov.az portalı, “Smart customs” mobil tətbiqi və gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılan köşklər üzərindən bəyan edə bilər. Xidmət valyuta və nəqliyyat vasitələrini də onlayn qaydada bəyan etməyə, bəyannamələrinizin statusunu və güzəştli limitinizin hədlərini izləməyə, gömrük ödənişlərini onlayn qaydada həyata keçirməyə imkan verir.

Azərbaycan dili ilə yanaşı, ingilis, rus dillərində də təqdim olunan xidmətdən xarici vətəndaşlar da istifadə edə bilərlər.

“Yeni elektron xidmət sərnişinlərin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, rahatlığın, şəffaflığın və məmnunluğun artırılmasına şərait yaradacaq”, – deyə Komitə bəyan edib.

Teqlər: