Xəbər - Fərid Zöhrabov – Trend:
Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-fevral ayları üçün
nəzərdə tutulan büdcə öhdəliyini 126, 28 faiz yerinə yetirib.
Trend xəbər verir ki, bunu DGK-nin sədri Səfər Mehdiyev özünün “Twitter” hesabında yazıb.
“İlkin məlumata görə 820,84 milyon manat vəsait dövlət büdcəsinə
köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 170, 84 milyon manat
artıq deməkdir”, – o bildirib.