DGK yanvar ayı üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,24 faiz yerinə yetirib – Sədr

Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar ayı üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,24 faiz yerinə yetirib.

AzerTimes xəbər verir ki, bunu DGK-nin sədri Səfər Mehdiyev özünün “Twitter” hesabında yazıb.


“İlkin məlumata görə, 403,95 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub ki, bu da nəzərdə tutulan proqnozdan 83,95 milyon manat artıq deməkdir”, – o bildirib.

Teqlər: