Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) onlayn formatda IV Məclisi keçirilib. IV Məclis Həmkarlar İttifaqı üzvlərinin səsverməsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin və İcraiyyə Komitəsinin tərkibinə üzv seçilib.
Sıralarında milyon yarımadək üzvü birləşdirən AHİK ölkəmizdə işləyən insanların əmək və sosial hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirici tədbirlər həyata keçirir.
Qeyd edək ki, şöbə rəisi Minurə Ağayeva 26 aprel 2021-ci il tarixindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi İşçilərinin Həmkarlar İttifaqı təşkilatının sədridir.
Həmkarımız Minurə Ağayevanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin və İcraiyyə Komitəsinin tərkibinə üzv seçilməsi münasibətlə təbrik edir, peşəkar fəaliyyətində yeni-yeni nailiyyətlər diləyirik!