Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi
Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım və t.ü.f.d.,
dosent İsmayıl Əfəndiyev və Tibbi Xidmət İdarəsinin
Sanitar-Karantin Xidmətinin rəis müavini Namiq Məmmədov 25 aprel
2022-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq
tibbi-sanitariya qaydaları üzrə hazırlıq vəziyyətinə dair SPAR
hesabatının təqdimat tədbirində iştirak ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi
ölkəmizdə bir çox sahələrdə əməkdaşlıq edir. Belə ki, Beynəlxalq
Tibbi-Sanitariya Qaydaları (BTSQ) ictimai sağlamlıq risklərinin
azaldılması kimi sahəsinə nəzarətin, idarəetmənin, hazırlıq və
cavab tədbirlərinin təşkili, o cümlədən xəstəliklərin beynəlxalq
səviyyədə yayılmasının qarşısının alınması məqsədi daşıyır.
Məlum olduğu kimi dünyanın 196 ölkəsinin qoşulduğu beynəlxalq
hüquqi sənəd olan Beynəlxalq Tibbi-Sanitariya Qaydaları 15 iyun
2007-ci il tarixdə qüvvəyə minmiş, Azərbaycan Respublikası həmin
tarixdən bu Qaydalara qoşulmuş və müvafiq öhdəlikləri üzərinə
götürmüşdür. Öhdəliklərdən biri dövlətlər tərəfindən 54-cü
maddəsinə uyğun olaraq özünü Qiymətləndirmə üzrə illik hesabatın
hazırlanması və Ümumdünya Səhiyyə Təşkilatına təqdim
edilməsidir.
Beynəlxalq Tibbi-Sanitariya Qaydaları üzrə hazırlıq vəziyyətinə
dair ölkələr tərəfindən Ümümdünya Səhiyyə Təşkilatına hər il təqdim
edilən SPAR hesabatının təqdimatında hesabata aid məruzələr
donlənilib və geniş müzakirələr aparılıb.