DGK sədri Xırdalanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət
Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər
Mehdiyev martın 30-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev
Mərkəzində (Xırdalan şəhəri, Qalubiyyə küç.) Abşeron və Zəngi­lan
ra­yonla­rın­dan olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Abşeron və Zəngilan rayonları sakinlərinin yalnız
gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi,
Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə
saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər”
və “Virtual qəbul” bölmələrindən daxil olmaq­la (https://customs.gov.az/az/muracietler/sedre-mektub/)
qəbula yazıla bilərlər.

Xatırladaq ki, qəbul pandemiya tələblərinə uyğun olaraq
keçiriləcək. Belə ki, qəbulda peyvənd və yaxud immunitet
sertifikatı, həmçinin COVID-19-a qarşı pey­vəndə əks-göstəriş
sertifikatı olan vətəndaşlar iştirak edə bilər.

Teqlər: