Аzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət
büdcəsindən maliyyələşdirilən gömrük orqanları və təşkilatlarının
dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif)
maaşlarının məbləğləri təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov
qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sisteminə daxil olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılmayan
gömrük orqanları və təşkilatlarında mülki işçilərin aylıq vəzifə
(tarif) maaşlarının məbləği bu Qərarın əlavəsində göstərilən aylıq
vəzifə (tarif) maaşlarının məbləği səviyyəsində Dövlət Gömrük
Komitəsi tərəfindən təsdiq edilir.
Bundan başqa, Maliyyə Nazirliyi Dövlət Gömrük Komitəsinin dövlət
büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan
mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə
əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini
Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsində müvafiq
məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata
keçirməlidir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan
Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən
maliyyələşdirilən qurumlarının dövlət qulluqçusu olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə
müvafiq qərar qəbul edilməsi tövsiyə olunub.
Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.