İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-avqust ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112.58 % əməl edib.
AzerTimes xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, nəzərdə tutulan proqnozdan əlavə 313.97 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.