Xəbər - Sədrəddin Ağcayev – Trend:
“Smart Customs” mobil tətbiqinin və “e-customs.gov.az” portalının imkanlarını genişləndirmək planlaşdırılır.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, portalın genişləndirilmiş həlləri süni intellektə əsaslanacaq ki, bu da istifadəçilər üçün gömrük əməliyyatlarının sadələşdiməyə kömək edəcək.
“Bundan başqa, portalda bank hesabları barədə informasiya genişləndiriləcək və istifadəçilər bunun köməyi ilə DGK-yə öz bank məlumatlarını təqdim edə biləcək. Biz, həmçinin SMS bildiriş sistemini tətbiq etməyi planlaşdırırıq. Biz fiziki şəxslərə portalımız vasitəsilə VÖEN olmadan sahibkarlıq fəaliyyəti həyata keçirmək imkanı təqdim etmişik. Həmçinin, vətəndaşlar portalımız vasitəsilə ölkədən çıxış qadağasının olub-olmaması və bu problemin həlli ilə bağlı məlumat ala biləcəklər”, – deyə o bildirib.
R.Quliyev əlavə edib ki, platformaya kuryer xidmətlərinin informasiya sistemləri inteqrasiya olunacaq və vətəndaşlar öz bağlamalarını bilavasitə bu portal vasitəsilə izləyə biləcək.
(Tərcümə: Orxan Nəbiyev)