Xəbər - Çingiz Səfərli – Trend:
Gömrük orqanlarında kadr islahatı aparılıb.
Bu barədə AzerTimes-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsində kütləvi kadr dəyişikliyinin həyata keçirilməsi ilə bağlı məlumatlar, eyni zamanda müxtəlif “mülahizələr” yer alıb.
“Bildiririk ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə bir sıra gömrük əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun olaraq aparılan kadr islahatları çərçivəsində həyata keçirilib.
Bu DGK daxilində gömrük işinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə davamlı və mütəmadi olaraq həyata keçirilən adi prosedur qaydadır” – deyə məlumatda bildirilib.