DGK əməkdaşı sərxoş vəziyyətdə qəza törədib? – Qurumdan açıqlama

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşının sərxoş vəziyyətdə qəza törətməsi ilə bağlı yayılan xəbərlər doğru deyil.

Bu barədə AzerTimes-a DGK-dən məlumat verilib.

Qeyd edilir ki, bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı Vəliyev Samir Bəhram oğlunun sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə qəza törətdiyi barədə məlumat yayılıb.


“Vəliyev Samir Bəhram oğlu adlı şəxs gömrük orqanlarında xidmət etmir və yayılan məlumatlar həqiqətə uyğun deyil”, – DGK bildirir.

Teqlər: