DGK əməkdaşı qadınlararası stolüstü tennis yarışında qalib olub (FOTO)

Martın 1-də “Şüa” İdman Kompleksində dövlət qurumlarının xanım
əməkdaşları arasında stolüstü tennis turniri keçirilib. Yarışda
Dövlət Gömrük Komitəsinin əməkdaşları da iştirak edib.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis
Federasiyası ilə birgə təşkil etdiyi “5 Mart – Bədən Tərbiyəsi və
İdman Günü” münasibətilə keçirilən stolüstü tennis yarışında 13
dövlət qurumunun əməkdaşları iştirak ediblər.

Yarış ölkədə bədən tərbiyəsinin və idmanın əhali arasında geniş
təbliğ olunmasını, həmçinin qurumlar arası qarşılıqlı əməkdaşlığın
inkişafını təmin etmək məqsədilə təşkil edilib.


Ümumilikdə 36 nəfərin iştirakı ilə keçirilən turnirdə Dövlət
Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin
əməkdaşı Günel Xanlarova uğurlu nəticə göstərərək birinci yerə
layiq görülüb.

Qaliblər diplom və hədiyyələrlə təltif ediliblər.

Teqlər: