DGK büdcəyə ilk dəfə bu qədər vəsait köçürdü

DGK büdcəyə ilk dəfə bu qədər vəsait köçürdü

2022-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) ilk dəfə dövlət büdcəsinə 5 milyard manatdan çox vəsait köçürüb.

AzerTimes xəbər verir ki, bunu Komitənin katibliyinin rəisi Əsgər Məmmədov “Şəxsi Hesab Vərəqəsi” elektron xidmətinin təqdimatı zamanı bildirib.

“O cümlədən ƏDV üzrə daxilolmalar 4 milyard manatı keçib, büdcəyə plandan 1 milyard manatdan artıq vəsait ödənilib”, – o qeyd edib. “Məqsədimiz tezliklə rəqəmsal gömrüyün qurulmasıdır. İstəyirik ki, mallar ölkəyə daxil olmamışdan əvvəl elektron qaydada bizim sistemə daxil olsun”, – deyə Ə.Məmmədov əlavə edib.

Teqlər: