DGK büdcəyə 1,6 milyon manat ödədi

DGK büdcəyə 1,6 milyon manat ödədi

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 641,441 milyon manat təşkil edib.

DGK-dan AzerTimes-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 13,5% artaraq 514,391 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 30,4% artaraq 1 472,599 milyon manat, aksizlər üzrə daxilolmalar 14% azalaraq 53,471 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 36,45% artaraq 23,333 milyon manat olub.

Teqlər: