Deyirsiniz, ruslar rədd olsun: Yaxşı, gedirik…

Deyirsiniz, ruslar rədd olsun: Yaxşı, gedirik…

Ermənilər həddən çox oynadılar. Cənubi Qafqaz, Ermənistan bizə Sovet dövründə NATO, Türkiyə ilə bağlı vacib idi. Siz indi Rusiyadan nə istəyirsiz?

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov “Rossiya” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousundakı çıxışında deyib.

“90-cı illərdə sizi bu səbəblərdən başa düşürdük. İndi isə deyirsiz ki, ruslar, rədd olun! Yaxşı, biz getdik, nə edəcəksiniz? İran, Türkiyə, Azərbaycan və Gürcüstanın əhatəsindəsiniz. Hansı Fransadan danışırsız? Onlar ki, ora uçub gələ bilməzlər”, – Kalaşnikov bildirib.

Teqlər: