Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci yarısında ət və ət məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% artıb.
AzerTimes xəbər verir ki, satıcılar qiymətlərin 15-20 manat arasında dəyişdiyini bildiriblər. Onların sözlərinə görə, əvəllər quzu ətinin qiyməti 18 manat idisə, hazırda 19 manata təklif olunur.
İqtisadçı Xalid Kərimli isə bahalaşmanın qıtlıqla bağlı olduğunu bildirib. Hazırda xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur, tələbat isə çoxdur.
Ətraflı Baku TV-nin süjetində: