Xəbər - Çingiz Səfərli – Trend:
Deyilənlərə inanmaq, vaksin vurdurmaq lazımdır
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib. O bildirib ki, bunun olmaması üçün hamımız əlbir olmalı, qoyulan qaydalara ciddi əməl etməliyik:
“Yalnız bu şəkildə pandemiyanın öhdəsindən gələ bilərik. Həqiqətən qapanmağı heç kim istəmir. Bu, işimizə, həyatımıza, iqtisadi durumumuza, həmçinin dövlətin iqtisadi vəziyyətinə yaxşı təsir etmir. Deyilənlərə inanmaq, etibar etmək, vaksin vurdurmaq lazımdır. Bu, qandakı anticisimləri gücləndirir. Bu olmasa təkrar yoluxacağıq. Maskadan istifadə edilməli, təmasdan qaçılmalı, gigiyena qaydalarına riayət olunmalıdır. Hərdən sual verirlər ki, yenidən xəstələnəcəyiksə, vaksinin nə xeyri var? Vaksin vurmağın xeyri odur ki, bu, xəstəliyi daha yüngül keçirməyə imkan verir. Evdə müalicə olunaraq sağalmaq mümkün olur. Xəstəxanalarda ağır şəkildə keçirmirik. “Delta”dan sonra indi “Yota” ştammı da var. Bu ştamlar gedəcək. Çalışmalıyıq ki, bunlara qarşı güclü immunitet yaradaq”.
Twitter:@cingizsafarli