Dəyərlər, ailə, inanc məhv edilir – Dugin

Dəyərlər, ailə, inanc məhv edilir – Dugin

Qərbin Putinə nifrəti sadəcə təsadüf deyil. Rusiya Prezidenti ənənəvi dəyərləri bərpa edən və dövlətin suverenliyini gücləndirən liderdir. Sovet İttifaqı dağılandan sonra dünyada liberalizmdən başqa ideologiyalar qalmadı. Bu ideologiyanın son addımı insanın hər hansı bir kollektiv məsuliyyətdən azad edilməsidir.

AzerTimes xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində rus dünyasının ideoloqu Aleksandr Dugin deyib.

“Demokratiya dedikdə əvvəllər çoxluğun idarə etməsi nəzərdə tutulurdusa, indi azlığın idarə edilməsi nəzərdə tutulur. Bu, hazırda Qərb ölkələrində görünür. Qərbin əsas vəzifəsi ənənəvi dəyərləri, ailəni, dövlətləri, inancları məhv etməkdirsə, bu, rusofobiyanın əsaslarından biri ola bilər. Yəni bu, çətin ki, təsadüf olsun, burada daha dərin bir amil var. Rusiya siyasətində dönüş nöqtəsi Putinin ənənəvi dəyərlərin qorunması haqqında bir il əvvəl çıxardığı, xristianlığın və ənənəvi ailənin bərpasına yönəlmiş fərmanı oldu”, – o bildirib.

Teqlər: