47 yaşlı keçmiş futbolçu Devid Bekhem II Yelizavetanın cənazəsini görmək üçün 12 saat növbə gözləyib.
AzerTimes xəbər verir ki, 47 yaşlı futbolçu 12 saat növbədə gözlədikdən sonra kraliçanın cəsədinin olduğu Vestminster zalına daxil olub.
Kraliçanın tabutunun yanına gələn Bekhem duyğulu anlar yaşayıb.
Xatırladaq ki, Böyük Britaniya tarixində ən uzun müddət taxtda olan Kraliça II Yelizaveta sentyabrın 8-də 96 yaşında vəfat edib.