Almaniyanın ən böyük maliyyə institutu – “Deutsche Bank”
Rusiyada qalan biznesini də dayandırır.
AzerTimes-ın məlumatına görə, bu barədə bankın açıqlamasında
deyilir.
“Deutsche Bank” 2014-cü ildən bəri Rusiyadakı varlığını
əhəmiyyətli dərəcədə azaldıb. Bəzi beynəlxalq tərəfdaşlar kimi və
hüquqi, tənzimləyici öhdəliklərimizə uyğun olaraq biz də Rusiyada
qalan biznesimizi dayandırmaq prosesindəyik”, – deyə bankdan
bildirilib.
Eyni zamanda bildirilir ki, maliyyə institutu Rusiya vətəndaşı
olmayan xarici müştərilərinə ölkədə bizneslərini azaltmaqda kömək
edir. “Deutsche Bank” vurğulayır ki, “Rusiyada yeni biznes
olmayacaq”.