Aktau limanında “Şapşan” sürətli nəqliyyat-desant kateri təntənəli şəkildə Xəzər dənizinə buraxılıb.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, kater dörd ekipaj üzvü üçün nəzərdə tutulub. Onun desant tutumu 20 dəniz piyadaçısı, kruiz məsafəsi 450 mil və sürəti 45 düyündür.
Təxribat əleyhinə kater dənizdə və çay mənsəblərində əməliyyatların keçirilməsi, desantın təchiz olunmamış sahilə daşınması və çıxarılması, atəş dəstəyi, tibbi təxliyə və çətin vəziyyətdə olanlara yardım üçün nəzərdə tutulub.