Dərslərdə PYT metodun tətbiqinə dair növbəti onlayn vebinar keçirilib (FOTO)

Martın 31-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professor-müəllim heyəti üçün dərslərdə PYT metodunun (Problemyönümlü təhsil) tətbiqi istiqamətində Zoom platforması vasitəsi ilə növbəti onlayn vebinar keçirilib. Vebinar Niderlandın Maastricht Universitetinin professoru Uim Groot və Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova tərəfindən aparılıb. Vebinarda ümumilikdə 20-dən çox müəllim iştirak edib.

Professor Groot öz prezentasiyasında PYT metodunun 12 əsas prinsipinin və keyslərin düzgün qoyuluşunun ətraflı izahını verib. Daha sonra Ü.Səttarova 15/09/2020 tarixindən 30/12/2020 tarixini əhatə edən müddətdə PYT metodunun və ənənəvi metodun tətbiq edildiyi müxtəlif qruplarda tələbələrin göstəricilərinə dair statistikanı təqdim edib. Statistikaya əsasən məlum olub ki, PYT metodu tətbiq olunan qruplarda tələbələrin imtahan nəticələri yüksək olub.


Vebinarın sonunda müəllimlər tərəfindən ünvanlanan suallar cavablandırılb, fikir mübadiləsi aparılıb.

Teqlər: